Əfqanıstanın cənub şərqində Xost əyalətində türkiyəli mühəndis naməlum şəxslər tərəfindən oğurlanıb. Bu barədə "BBC farsi" məlumat yayıb.
"Nəməlum silahlı şəxslər türkiyəli mühəndisi Xost əyalətinin mərkəzi Xost şəhərinin yaxınlığında oğurlayıblar", - deyə Əfqanıstanın Xost əyaləti valiliyinin sözçüsü Kuçəki Naseri bildirib. Kuçəki oğurlanan şəxsin adını açıqlamayıb.
"Hazırda cinayətkarların həbsi və girov götürülmüş şəxsin azad edilməsi üçün əməliyyat keçirilir. Hələlik heç bir qrup və ya şəxs hadisənin məsuliyyətini öz üzərinə götürməyib", - deyə Kuçəki bildirb.
İki ay öncə də iki türkiyəli mühəndis Xost əyalətində naməlum silahlı şəxslər tərəfindən oğurlanmışdı.