...

Gürcüstan Prezidenti yeni çay fabrikini açıq elan edib

Dünya xəbərləri Materials 6 İyun 2009 14:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Martvili rayonunun (Sameqrelo regionu) Çkoni kəndində çay yarpağını emal edən fabriki açıq elan edib.

"Kimin üçünsə bu piardır, amma mənim üçün bizim ailələrimizin xilasıdır. Çünki 2 min nəfər bu müəssisədə çaılaşacaq", - o deyib.

Saakaşvili qeyd edib ki, o, şəxsən çay plantasiyasındakı işin necə çətin olduğuna şahid olub. Çünki bu gün o, yerli çayçılarla birlikdə çay yığmağa çalışıb.

"Bu, mövsümi işdir və belə çətin işin əvəzində ayda cəmi 300 lari qazanmaq olar", - o qeyd edib.

Saakaşvili vurğulayıb ki, ölkənin inkişafı üçün, ötən əsrin 90-cı illərində demək olar ki, mövcud olmayan ölkənin bir də geri qayıtmaması üçün əlindən gələni edəcək.

Saakaşvili Martvilinin majoritar deputatı, Çkonidəki çay fabrikinin qurulmasına nail olan və yeni iş yerlərinin açılmasına çalışan Oneri Canaşiyaya təşəkkür edib.

"Tbilisidə kanalların birində klip yayımlayırlar və orada majoritar deputatlara qarşı anafema aparılır və bildirilir ki, onları heç kim tanımır. Qoy onların özləri gəlsinlər və onları parlamentdə təmsil edənin kimliyini soruşsunlar. Qoy görsünlər ki, bu necə də layiqli və öz regionunun qeydinə qalan insandır. Həmçinin çox danışan müxalifətçi Eka Beseliya bu insanın etdiklərinin onda birini etsin", - prezident vurğulayıb.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti