...

İranın İslahatçılar düşərgəsi mitinqlərin keçirilməsi üçün rəsmi icazənin verilməsini tələb edib

Dünya xəbərləri Materials 25 İyun 2009 16:31 (UTC +04:00)

İranın İslahatçılar düşərgəsinin Əlaqələndirmə Şurası bəyanat yayaraq ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq mitinqlər və toplaşmaların keçirilməsi üçün rəsmi icazənin verilməsini tələb edib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

"İran İslam Respublikasının Konstitusiyasının 27-ci maddəsini rəhbər tutaraq Daxili İşlər Nazirliyindən tələb edirik ki, dinc məqsədli yürüşlər və mitinqlər keçirmək üçün bizə icazə verilsin. Biz bununla bir neçə dəfədir ki, DİN-dən bu barədə icazə istəyirik", - şuranın bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, İslahatçılar düşərgəsindən olan partiya və qruplar Mir Hüseyn Musəvini dəstəkləyir və bundan heç vaxt geri çəkilməyəcəklər.

"Seçkilərin düzgün keçirilmədiyini bəyan edirik və öz hüquqlarımızı qorumaq məqsədi ilə xalqdan dözümlü olmağı istəyirik", - bəyanatda bildirilir. 

Xəbər lenti

Xəbər lenti