Fələstin Adminstrasiyasının Prezidenti Mahmud Abbas bu həftə Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Türkiyənin "Anadolu" informasiya agentliyi məlumat yayıb.
"Anadolu" agentliyinin Türkiyə XİN-inə istinadən verdyi məlumata görə, Türkiyəyə Fələstin Adminstrasiyasının birinci nümayəndəsi Nabil Əbu Rudeynə və İsraillə danışıqlarda fələstinlilərin rəhbəri Saib Arikatla birlikdə səfər edəcək Abbas, Ankarada Türkiyə Prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşəcək.