...

Musəvinin xanımı İrandakı toqquşmalar zamanı qardaşının həbs olunduğu barədə məlumat verib

Dünya xəbərləri Materials 23 İyul 2009 16:04 (UTC +04:00)
İran müxalifətinin lideri Mir Hüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd bildirib ki, onun 62 yaşlı qardaşı İranda prezident seçkilərindən sonra keçirilən nümayişlər zamanı həbs olunub.

İran müxalifətinin lideri Mir Hüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd bildirib ki, onun 62 yaşlı qardaşı İranda prezident seçkilərindən sonra keçirilən nümayişlər zamanı həbs olunub. Rəhnəvərd qardaşının həbsini, onun həyat yoldaşına və özünə təzyiq göstərmək üçün "mənasız cəhd" adlandırıb. Bu barədə Musəvinin rəsmi saytı "Ghalamnews" xəbər verir.

Yenidən İran prezident seçilmiş, özünün ultrakonservativ baxışları ilə məşhur olan Mahmud Əhmədinejad, həmçinin İranın ali lideri ayətulla Əli Xameneyi Rəhnəvərdin bu bəyanatını təkzib edir.

Rəhnəvərd bildirib ki, onun qardaşı Şapur Kazımi bir aydan çoxdur ki, həbs olunub.

İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı İranda prezident seçkilərindən sonra polis və müxalifət arasında baş verən toqquşmalar zamanı reformist cərəyanına mənsub əsas fəalların, junalistlər, alimlər və hüquqşünaslar da daxil olmaqla yüzlərlə insanın həbs olunduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti