...

İmam Xomeyninin nəvəsi Tehranda olmasına baxmayaraq, Əhmədinejadın İran Prezidenti vəzifəsində təsdiqlənməsi mərasimində iştirak etməyib

Dünya xəbərləri Materials 4 Avqust 2009 16:42 (UTC +04:00)

İİR-in sabiq rəhbərinin nəvəsi Seyid Həsən Xomeyni ötən günlərdə Pakistana səfərindən sonra İrana qayıdıb. Bu barədə Trend İran Parlamentinin "Parliament news" rəsmi saytına istinadən bildirib.

Avqustun 3-də Mahmud Əhmədinejadın İran Prezidenti vəzifəsinə seçilməsi təsdiqlənib.

Ali lider və dövlət başçısı ayətulla Əli Xameneyi İran konstitusiyasına əsasən seçilmiş prezidentin vəzifəyə gəlməsini təsdiqləməlidir. Həmin andan etibarən Əhmədinejadın ölkə prezidenti vəzifəsinin ikinci müddəti başlayır.

Naməlum qalmaq istəyən mənbə bildirib ki, mətbuatda Həsən Xomeyninin xarici səfəri səbəbindən Əhmədinejadın İran Prezidenti vəzifəsində təsdiqlənməsi mərasimində iştirak etməyəcəyi ilə bağlı məlumat verilib. Lakin görünür ki, bunun üçün başqa səbəblər də var.

Anonim mənbənin məlumatına əsasən, ötən gün Tehranda olmasına baxmayaraq, İmam Xomeyninin digər köməkçiləri, İranın Ağsaqqallar Şurasının və İslam Məsləhət Şurasının sədri Əli Əkbər Haşemi Rəfsancani, eks-prezident Məhəmməd Xatəmi, prezidentliyə sabiq namizədlər Mirhüseyn Musəvi, Mehdi Kərrubi tədbirdə iştirak etməyiblər.

Xəbər lenti

Xəbər lenti