...

NATO və ISAF əfqanların özünüidarəetmədə rolunun gücləndirilməsinə kömək etməlidir - NATO-nun baş katibi

Dünya xəbərləri Materials 6 Noyabr 2009 15:59 (UTC +04:00)
NATO-nun müttəfiqləri və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) iştirakçı ölkələri əfqanların özünüidarəetmədə rolunun gücləndirilməsinə hərtərəfli dəstək göstərilməsi üçün öz resurslarını yenidən nəzərdən keçirməlidir.
NATO və ISAF əfqanların özünüidarəetmədə rolunun gücləndirilməsinə kömək etməlidir - NATO-nun baş katibi

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir T.Konyayeva/

NATO-nun müttəfiqləri və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) iştirakçı ölkələri əfqanların özünüidarəetmədə rolunun gücləndirilməsinə hərtərəfli dəstək göstərilməsi üçün öz resurslarını yenidən nəzərdən keçirməlidir. Bu barədə NATO-nun baş katibi Foq Rasmussenin rəsmi bəyanatında deyilir.

"NATO və ISAF iştirakçısı olan bütün dövlətlər əfqanların öz işlərinin idarəsində rolunun gücləndirilməsi üçün hərbi, maliyyə və ya mülki yardım qismində əlavə resurslarını nəzərdən keçirməlidir", - Rasmussen Şimali Atlantika Şurası və ISAF ölkələrinin görüşündə bildirib.

Rasmussen, həmçinin ISAF ölkələrinin Əfqanıstan qarşısında dəyişilməz öhdəliklərinin əhəmiyyətini də qeyd edib.

Şimali Atlantika Şurası və ISAF ölkələri bu gün Əfqanıstandakı gələcək fəaliyyətə dair məsələhətləşmələrin keçirilməsi üçün ABŞ-ın hökumət nümayəndələri ilə görüşüblər.

43 ölkə Əfqanıstanda prezident seçkiləri prosesinin başa çatmasından sonra, strateji yanaşma və onlarla əlaqəli olan resurs tələbatı məsələləri üzrə yekun qərarın qəbul olunması ərəfəsində prioritet məsələlər üzrə fikir mübadiləsi aparıb.

Bəyanatda həmçinin deyilir ki, NATO-ya üzv olmayan ISAF ölkələri və müttəfiqlər Əfqanıstanın milli təhlükəsizlik qüvvələrinin peşəkar hazırlığının və inkişafının artırılması, Kabul şəhərində beynəlxalq cəmiyyətin güclü və etibarlı tərəfdaşı qismində qanuni hökumətin təyin olunması, Əfqanıstanda beynəlxalq cəmiyyətin vətəndaş səylərinin gücləndirilməsi üsulları və onun koordinasiyasının təkmilləşdirilməsi üzrə təkliflərin olduğu vacib məsələlər üzrə fikir mübadiləsi imkanını alqışlayıblar.

İclasda, həmçinin səmərəli regional yanaşmanın, o cümlədən Əfqanıstan və Pakistan arasında əməkdaşlığın inkişafının vacibliyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti