...

İran Prezidenti ABŞ və Qərb ölkələrinin rəhbərlərinə məsləhət verib

Dünya xəbərləri Materials 30 Dekabr 2009 14:26 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ABŞ və Qərb ölkələri rəhbərlərinin öz planlarında və mövqelərində böyük səhvə yol verdiklərini bildirib.
İran Prezidenti ABŞ və Qərb ölkələrinin rəhbərlərinə məsləhət verib

İran Prezidenti Mahmud Əhmədinejad ABŞ və Qərb ölkələri rəhbərlərinin öz planlarında və mövqelərində böyük səhvə yol verdiklərini bildirib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı IRIBNEWS məlumat yayıb.

"Onlar İran xalqı və İslam İnqilabını tanımırlar, baş verən hadisələrdə onların əli olduğu bizə məlumdur və bu kimi hadisələr İran xalqına təsir etməyəcək", - Əhmədinejad bu gün İranın Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.

"Onlar güman edirlər ki, bu kimi hərəkətləri ilə İran xalqını zəiflədəcəklər, lakin İran xalqı tam gücü ilə öz planlarını həyata keçirir, - Əhmədinejad deyib. - ABŞ və bəzi Qərb ölkələri rəhbərlərinə məsləhət verirəm ki, keçmişdəki təcrübələrindən ibrət götürsünlər və İran xalqını düzgün tanısınlar".

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Həmin hadisələrdə 300 nəfər həbs olunub. Bu gün yerli vaxtla saat 15:00-da hökumət tərəfdarları İranın bütün şəhərlərində Aşura günü müxalifətin törətdiyi iğtişaşları pisləyən mitinqlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti