...

İran Silahlı Qüvvələrinin motosikl alayları parad keçirib

Dünya xəbərləri Materials 1 Fevral 2010 11:14 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin motosikl alayları bu gün yerli vaxtla saat 9:30-da İran İslam İnqilabının banisi Ruhullah Xomeyninin Tehrana qayıdışı və İranda İslam inqilabının 31-ci ildönümü münasibəti ilə parad keçirib.
İran Silahlı Qüvvələrinin motosikl alayları parad keçirib

İran Silahlı Qüvvələrinin motosikl alayları bu gün yerli vaxtla saat 9:30-da İran İslam İnqilabının banisi Ruhullah Xomeyninin Tehrana qayıdışı və İranda İslam inqilabının 31-ci ildönümü münasibəti ilə parad keçirib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat yayıb.

Paradda Sepah, Bəsic, Polis və Müdafiə Nazirliyinin motosikl alayları da iştirak ediblər. Parad İran İslam inqilabının banisi İmam Xomeyninin 1978-ci ildə Parisdən İrana qayıdarkən hərəkət elədiyi 33 kilometrlik yol boyu keçirilib.

Tehran şəhər məktəblərinin şagirdləri motosikl alaylarını gül və çiçəklərlə qarşılayıblar. İmam Xomeyninin hərəkət etdiyi yola vertolyotlarda gül səpələnib.

Xəbər lenti

Xəbər lenti