...

İran, Əfqanıstan və Tacikistan Prezidentləri Novruz bayramını Şirazda birlikdə keçirəcək

Dünya xəbərləri Materials 1 Fevral 2010 12:32 (UTC +04:00)
İran İslam Respublikasının Tacikistandakı səfiri Əli Əsğər Şerdust bildirib ki, Tacikistan və Əfqanıstan Prezidentləri Novruz bayramı tədbirlərində iştirak etmək üçün mart ayının sonlarında İrana səfər edəcək. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İran, Əfqanıstan və Tacikistan Prezidentləri Novruz bayramını Şirazda birlikdə keçirəcək

İran İslam Respublikasının Tacikistandakı səfiri Əli Əsğər Şerdust bildirib ki, Tacikistan və Əfqanıstan Prezidentləri Novruz bayramı tədbirlərində iştirak etmək üçün mart ayının sonlarında İrana səfər edəcək. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Şerdust əlavə edib ki, üç farsdilli ölkə Əfqanıstan, Tacikistan və İran Prezidentlərinin razılşamasına əsasən, bundan sonra hər il novruz bayramı şənlikləri bu ölkələrdən birində keçiriləcək.

Şerdust əlavə edib ki, 2008-ci ildə novruz bayramı tədbirləri İran XİN rəhbərinin iştirakı ilə Tacikistanda, ötən il Əfqanıstanda, bu il isə üç ölkənin prezidentinin iştirakı ilə İranın Şiraz şəhərində keçiriləcək.

Şerdust həmçinin əlavə edib ki, bu il Novruz bayramının dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilməsi münasibəti ilə Novruz bayramını qeyd edən 20 ölkənin yüksək çinli rəsmilərinin iştirakı ilə İranda bayram şənlikləri təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti