...

Gürcüstan hərbçiləri İraqdakı əməliyyatlarda iştirakına görə ABŞ medalları ilə təltif olunub

Dünya xəbərləri Materials 12 Fevral 2010 10:31 (UTC +04:00)
ABŞ-ın Gürcüstandakı səfiri Con Bas İraqdakı hərbi əməliyyatlarda iştirakına görə dörd Gürcüstan hərbçisini təltif edib. ABŞ-ın Gürcüstandakı səfirliyindən Trend News-a verilən məlumata əsasən, hərbçilər medallarla təltif olunub.
Gürcüstan hərbçiləri İraqdakı əməliyyatlarda iştirakına görə ABŞ medalları ilə təltif olunub

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , müxbir N.Kirsxaliya/

ABŞ-ın Gürcüstandakı səfiri Con Bas İraqdakı hərbi əməliyyatlarda iştirakına görə dörd Gürcüstan hərbçisini təltif edib. ABŞ-ın Gürcüstandakı səfirliyindən Trend -a verilən məlumata əsasən, hərbçilər medallarla təltif olunub.

Hərbi vəzifəsini yerinə yetirən zaman həlak olan manqa başçısı Zurab Qvenetadze təltif olunanlar arasındadır. Səfir tərəfindən medal həlak olan əsgərin atasına verilib.

Zurab Qvenetadze 2008-ci il mayın 2-si həlak olub. O Tbilisidə dəfn olunub. O, İraqda həlak olan yeganə Gürcüstan hərbçisidir.

Ümumiyyətlə, İraqda olan 2000 Gürcüstan hərbi kontinqenti 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti