...

Rusiyalı pilotlar iki ay ərzində İranı tərk etməlidirlər - nəqliyyat naziri

Dünya xəbərləri Materials 6 Mart 2010 12:54 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad İranda fəaliyyət göstərən rusiyalı pilotların dəyişdirilməsi üzrə proqramın hazırlanmasına dair sərəncam verib. Nəqliyyat Nazirliyinin bəyanatına görə, iki ay ərzində rusliyalı pilotlar İranı tərk etməlidirlər.
Rusiyalı pilotlar iki ay ərzində İranı tərk etməlidirlər - nəqliyyat naziri

İran Prezidenti Mahmud Əhmədinejad İranda fəaliyyət göstərən rusiyalı pilotların dəyişdirilməsi üzrə proqramın hazırlanmasına dair sərəncam verib. Nəqliyyat Nazirliyinin bəyanatına görə, iki ay ərzində rusliyalı pilotlar İranı tərk etməlidirlər. Fars agentliyi bildirir ki, İranın nəqliyyat naziri Həmid Behbani məlumat verib.

"Bizim ölkəmizdə çoxlu peşəkar pilot var və uçuşların həyata keçirilməsi üçün xarici mütəxəssislərin dəvət olunmasına ehtiyac yoxdur", - Həmid Behbani bildirib.

Agentliyin məlumatına görə, rusiyalı pilotların dəyişdirilməsi İranın Məşhəd şəhərində Haşeminejad hava limanında "İl-62" təyyarəsi qəzaya uğradıqdan sonra müzakirə olunmağa başlayıb. Məlumatda deyilir ki, qəza pilotun günahı ucbatından baş verib.

İyulun sonlarında "İl-62" təyyarəsi qəzaya uğrayıb. 17 nəfər, o cümlədən, 3 rusiyalı qəzanın qurbanı olub. Təyyarənin heyətində 160 nəfər olub. Eniş zamanı laynerin şassisi yanıb; o, qalxma-enmə zolağından kənara çıxıb və barıya çırpılıb.

Xəbər lenti

Xəbər lenti