Türkiyə Konstitusiyasında islahatlar haqqında qanun layihəsi martın sonunadək baxılmaq üçün Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq. Bunu çərşənbə günü Baş nazirin müavini Cəmil Çiçək deyib. Məlumatı "Reuters" yayıb.
Hakim Ədalət və İnkişaf Partiyası konstitusiyaya dəyişikliklərin edilməsi üçün lazım olan səs çoxluğuna (üçdəiki hissə) malik deyil. Odur ki, Türkiyə hökuməti qanun layihəsinin referenduma çıxarılacağını bildirir.