...

Misir nümayəndələri İranda keçiriləcək konfransda iştirak edəcəklər - Sultaniyyə

Dünya xəbərləri Materials 9 Aprel 2010 19:02 (UTC +04:00)

Misir Qoşulmamaq Hərəkatının sədri kimi İranda "Nüvə silahlarının məhv edilməsi" konfransında iştirak edəcək. Bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri Əli Əsgər Sultaniyyə deyib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

"Nüvə silahlarının məhv edilməsi" konfransının aprelin 20-də Tehranda keçirilməsi planlaşdırılır. İran rəsmisinin sözlərinə görə, konfransda 67 ölkədən nümayəndələrin iştirakı gözlənilir.

Sulaniyyə əlavə edib ki, konfransda BAEA-nın baş direktoru Yukiya Amanonun iştirak edəcəyi təsdiq olunmayıb, lakin agentliyin yüksəkvəzifəli nümayəndəsinin gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti