İran Prezidenti Mahmud Əhmədinejad "düşmən planları pozmaq üçün" Yaxın Şərqdə "qardaşlığın" bərqərarına çağırıb. Bu barədə İRNA agentliyi məlumat yayıb.
"İran və Küveyt mədəni əlaqələrə və ümumi maraqlara malik iki qardaş ölkədir", - Əhmədinejat Tehranda Küveyt əmirinin xüsusi səfiri Məhəmməd Abdulla Əbu əl-Həsən ilə görüşündə deyib.
"Biz ölkələrimiz arasında əlaqələrin gələcəkdə genişləndirilməsi üçün potensial səylərə malikik", -Əhmədinejad vurğulayıb.
O əlavə edib ki, region ölkələri qardaş münasibətlətin qurulması, sabitlik və təhlükəsizlik istiqamətində hərəkət etməlidirlər, çünki qeyri-sabitlik region ölkələrinin heç biri üçün faydalı deyil.
Küveyt səfiri öz ölkəsinin əmirinin yazılı salamını Əhmədinejata çatdırıb və iki ölkə arasında əlaqələrin gələcəkdə genişləndirilməsinə çağırıb.