...

İran və Rusiya orbitə peyk göndərmək barədə razılıq əldə ediblər

Dünya xəbərləri Materials 3 May 2010 13:44 (UTC +04:00)
İran və Rusiya arasında orbitə iki peykin göndərilməsi haqqında razılıq əldə olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
İran və Rusiya orbitə peyk göndərmək barədə razılıq əldə ediblər

İran və Rusiya arasında orbitə iki peykin göndərilməsi haqqında razılıq əldə olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, İran və Rusiya rabitə və distansiyanın öyrənilməsi məqsədilə orbitə iki peykin göndərilməsi haqqında razılıq əldə ediblər. Bu razılıq İranın rabitə və informasiya texnologiyaları nazirinin Rusiyaya sonuncu səfəri zamanı əldə olunub. Hər iki peyk cari il ərzində orbitə göndəriləcək.

İranın rabitə və informasiya texnologiyaları nazirinin müşaviri Məhəmməd Hüseynpur orbitə iki peykin göndərilməsi haqqında Rusiya və İran arasında razılığın əldə olunduğunu təsdiqləyib və bildirib ki, nazirin Rusiyaya səfəri zamanı, həmçinin, bu ölkə ilə Xəzər dənizi vasitəsilə fibrooptik kanalın çəkilməsi məsələsi müzakirə olunub.

Hüseynpur əlavə edib ki, bu kanalın çəkilməsi üçün Xəzəryanı ölkələrlə müzakirələr aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti