...

Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını diqqətlə izləyir – Prezident Medvedev

Dünya xəbərləri Materials 12 May 2010 15:44 (UTC +04:00)
Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını diqqətlə izləyir və ümid edir ki, tərəflər hərtərəfli həllə və münasibətlərin tam həcmdə bərpasına nail ola biləcəklər
Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını diqqətlə izləyir – Prezident Medvedev

Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını diqqətlə izləyir və ümid edir ki, tərəflər hərtərəfli həllə və münasibətlərin tam həcmdə bərpasına nail ola biləcəklər. Bunu Türkiyədə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedev deyib. Bu barədə "Rusiya-24" telekanalı məlumat verib.

"Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanması və bərpası son dərəcə çətin prosesdir", - Medvedev deyib. - "Biz nə baş verdiyini müşahidə edir və Sürixdə atılan müsbət addımın davam etdiriləcəyinə inanırıq".

Onun sözlərinə görə, münasibətlərin normallaşması prosesi Türkiyədə və Ermənistanda müxtəlif rəy doğurub, ona görə də bu problem uzun müddət həll olunmamış qalıb.

"Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam həcmdə bərpası Qafqazda sabitliyin qurulmasına yardım edəcək, iqtisadi əməkdaşlığı yaxşılaşdıracaq və regionda həyat səviyyəsini yüksəldəcək. Rusiya prosesləri diqqətlə izləyəcək və malik olduğu bütün imkanlardan istifadə edəcək, lakin son qərar iki ölkədən asılıdır ", - Rusiya Prezidenti deyib.

Ermənistan və Türkiyən XİN başçıları Edvard Nalbandyan və Əhməd Davudoğlu "Diplomatik münasibətlərin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişafı haqqında protokol" imzalayıblar. Sənədlər imzalandıqdan sonra, iki ölkənin parlamenti tərəfindən təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti