...

İran "Qiyam 1" adlı yeni raketini sinaqdan keçirib

Dünya xəbərləri Materials 20 Avqust 2010 14:32 (UTC +04:00)
İranın müdafiə naziri Əhməd Vəhidi ölkə daxilində istehsal olunmuş və xüsusi özəlliklərə malik "Qiyam 1" "yerdən-yerə" raketinin müvəffəqiyyətlə sınaqdan çıxdığını deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İran "Qiyam 1" adlı yeni raketini sinaqdan keçirib

İranın müdafiə naziri Əhməd Vəhidi ölkə daxilində istehsal olunmuş və xüsusi özəlliklərə malik  "Qiyam 1" "yerdən-yerə" raketinin müvəffəqiyyətlə sınaqdan çıxdığını deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Vəhidi deyib ki, raket yeni texnoloji və taktiki güc özəlliklərinə malikdir. "Qiyam 1" raketinin qanadının olmaması onun özəlliklərindəndir. Çox az raketlərdə bu xüsusiyyət var. "Qiyam 1" "yerdən-yerə" raketindəki bu özəllik onun taktika gücünü daha çox artırır", - Vəhidi deyib.

"Qiyam 1" raketini digər raketlərlə vurmaq imkanı çox azdır. Bu da onun digər bir özəlliyidir", - -  Vəhidi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti