...

Manilada içərisində Honq Konq turistlərinin olduğu avtobusa hücum başlayıb

Dünya xəbərləri Materials 23 Avqust 2010 17:35 (UTC +04:00)
Manilanın mərkəzində içərisində Honq Konqdan 22 turistin olduğu avtobusu tutan Filippin polisinin xidmətdən qovulmuş zabiti Rolando Mendosa özünə qəsd etməyə hazırdır. Polisin məlumatına görə, hələ də 16 girovun qaldığı avtobusun içindən atəş səsləri eşidilib. Hücum çox güman artıq başlayıb. Hücum Mendosanın saxladığı girovları öldürəcəyinə söz verdikdən sonra başlayıb.
Manilada içərisində Honq Konq turistlərinin olduğu avtobusa hücum başlayıb

Manilanın mərkəzində içərisində Honq Konqdan 22 turistin olduğu avtobusu tutan Filippin polisinin xidmətdən qovulmuş zabiti Rolando Mendosa özünə qəsd etməyə hazırdır. Polisin məlumatına görə, hələ də 16 girovun qaldığı avtobusun içindən atəş səsləri eşidilib. Hücum çox güman artıq başlayıb. Hücum Mendosanın saxladığı girovları öldürəcəyinə söz verdikdən sonra başlayıb.

Mendosa xüsusi təyinatlıların onu mühasirəyə aldığını gördüyünü bildirib. "Mən bilirəm ki, onlar məni öldürəcəklər. Mən onların çıxıb getmələrini tələb edirəm, çünki istənilən vaxt mən özümə qəsd etməyə hazıram", - o əlavə edib. Xəbəri "Vesti" yayıb.

Digər tərəfdən, Çinin xüsusi inzibati rayonunun rəhbərliyi Filippin hökumətinə hücumdan çəkinmək xahişi ilə müraciət edib. Honq Konqdan Filippinə hüquq-mühafizə orqanlarının iki əməkdaşı da gedib. Tutulan avtobusda Honq Konqdan olan 15 turist girov qalmaqdadır.

Manila polisi bildirir ki, Mendosa 1986-cı ildə ölkənin ən yaxşı on polisi sıralarına daxil olub ki, bu da çox nüfuzlu və fəxri addır. Ötən il Mendosa ona qarşı edilən şikayət nəticəsində baş müfəttiş vəzifəsindən azad olunub. Filippin qəzetçilərinin bildirdiklərinə görə, Mendosanı qanunsuz həbsdə günahlandırıblar. Buna səbəb onun saxlanılan şəxsin cibinə narkotik atması və şübhəli şəxslərdən pul tələb etməsi olub. Onunla bərabər daha dörd nəfər də işdən azad edilib.

Mendosa girovları ələ keçirərək onun xidməti vəzifəsinə bərpa edilməsini, üzərindən bütün ittihamların götürülməsini və ötən il olunan şikayətə görə təzminat ödənilməsini tələb edib. Lakin indi o, avtobusun pəncərəsində "böyük səhv qərarı düzəltmək məqsədilə böyük səhv" adlı yeni tələb asıb. Jurnalistlər buna əsaslanaraq güman edirlər ki, o, etdiyi əməldən peşman olub. "Güc tətbiqi bizim son vasitəmizdir. Lakin hələlik bunu tətbiq etmək niyyətində deyilik", - paytaxt polisinin nümayəndəsi bəyan edib.

Girovlarla dolu avtobus Manilanın mərkəzindəki Lunet parkı yaxınlığındadır. Orada şəhərin simvolu - Filippinin Milli Qəhrəmanı Xose Risalyanın abidəsi yerləşir. Risayla XIX əsrin sonunda ölkənin ispan işğalçılarından azad olunmasına rəhbərlik edib.

Bundan əvvəl əldə olunan məlumata görə, Mendosa girovları saat 15:00-da buraxmağa razılaşıb, lakin bu, baş tutmayıb. Keçmiş polislə danışıqlar davam etdirilir. Mendosanı dilə tutanlardan biri, onun qardaşı Qreqeriodur.

Xəbər lenti

Xəbər lenti