...

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 31 Avqust 2010 13:36 (UTC +04:00)
Bu gün səhər İranın Məşhəd hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb. "TU-154" tipli sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb, onun təkərinin partlaması və yanması olub. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

RED. Əlavəsi: üçüncü abzasdan sonra əlavə olunub

Bu gün səhər İranın Məşhəd hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb. "TU-154" tipli sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb, onun təkərinin partlaması və yanması olub. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.

Hələlik hadisə nəticəsində ölən, yaralananlar haqqında məlumat yoxdur.

Avqustun 27-də "Asiman" aviaşirkətinə məxsus "Fokker" tipli sərnişin təyyarəsi Təbriz aeroportunda qəzaya uğramışdı. Hadisə nəticəsində ölən olmayıb.

Qəzaya uğramış təyyarə İranın "KİSH AİR" aviaşirkətinə məxsus olub. Təyyarə Məşhəd şəhərindən Tehrana uçduğu zaman təkəri partlayıb və yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən təyyarədə baş vermiş yanğın söndürülüb və sərnişinlər təhlükəsiz yerə köçürülüblər.

Xəbər lenti

Xəbər lenti