...

ABŞ İranın nüvə proqramı üzrə danışıqlarda iştirak etmək istəmir – Atom Enerjisi Təşkilatının rəhbəri

Dünya xəbərləri Materials 22 Sentyabr 2010 19:22 (UTC +04:00)
İran Vyana qrupu ilə (ABŞ, Fransa, Rusiya, BAEA) nüvə danışıqlarını davam etdirməyə hazırdır və danışıq aparanları, o cümlədən ABŞ-ı bu imkanı əldən buraxmamağa çağırır. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
ABŞ İranın nüvə proqramı üzrə danışıqlarda iştirak etmək istəmir – Atom Enerjisi Təşkilatının rəhbəri

İran Vyana qrupu ilə (ABŞ, Fransa, Rusiya, BAEA) nüvə danışıqlarını davam etdirməyə hazırdır və danışıq aparanları, o cümlədən ABŞ-ı bu imkanı əldən buraxmamağa çağırır. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. Məlumatı "Press TV" yayıb.

"Təəssüf ki, digər tərəf, xüsusilə də Birləşmiş Ştatlar nüvə danışıqlarında iştirak etməmək istəyini nümayiş etdirir. Bu, beynəlxalq ictimaiyyəti Vaşinqtonun səmimiliyinə şübhə etməyə məcbur edəcək", - o qeyd edib.

Salehi Vyanaya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 54-cü baş konfransında iştirak etmək üçün gəlib. O, konfransın kuluarlarında Braziliya və Türkiyə nümayəndələri ilə görüşərək Tehran bəyannaməsini müzakirə edib.

"Bu iclasda İran, Türkiyə və Braziliya Tehran bəyannaməsini müzakirə ediblər və xoşbəxtlikdən Tehran reaktoru üçün nüvə yanacağının mübadiləsi üzrə tam konsensusa gəliblər", - o vurğulayıb.

"Biz ümid edirik ki, digər ölkələr, xüsusilə də ABŞ danışıqlara daha səmərəli yanaşacaq və bu imkanı əldən buraxmayacaq, çünki biz Vyana qrupu ilə danışıqların keçirilməsinə hazır olduğumuzu dəfələrlə bəyan etmişik", - Salehi sözünü tamamlayıb.

BAEA-nın beşgünlük konfransı sentyabrın 20-də başlayıb və öz işini sentyabrın 24-də başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti