...

İranın uğurları Qərbi qıcıqlandırır – Parlamentin spikeri

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 10:47 (UTC +04:00)
İranın elmi nailiyyətləri, o cümlədən, nüvə sahəsindəki uğurlar İslam Respublikasının "düşmən"lərində narahatlıq doğurur.
İranın uğurları Qərbi qıcıqlandırır – Parlamentin spikeri

İranın elmi nailiyyətləri, o cümlədən, nüvə sahəsindəki uğurlar İslam Respublikasının "düşmən"lərində narahatlıq doğurur, - İran Parlamentinin spikeri Əli Laricani Şimali Mazandaran Universitetinin tələbələrinə müraciətində bildirib. Bu barədə "Press-TV" xəbər verir.

Laricani ölkənin nüvə proqramını "elmi cihad" adlandırıb və Qərbin nüvə texnologiyaları sahəsində İrandakı elmi nailiyyətlərə düşmən münasibət bəslədiyini qeyd edib.

"Bir neçə il əvvəl bir avropalı məmur mənə dedi ki, İran nəhəng ölkədir və siz vaxtınızı ziddiyyətlər aparmağa itirirsiniz, əgər siz öz ideyalarınızdan əl çəksəniz, ABŞ və Avropa sizinlə əməkdaşlıq edəcək", - o deyib.

"Bu iddiaya mən inanmıram, çünki onlar bizim irəliləyişimizi görmək istəmirlər və əgər onlar danışıqlar barədə danışırlarsa, bu yalnız əyləncə üçündür", - Laricani bildirib.

Xəbər lenti

Xəbər lenti