...

İran "5+1" qrupu ilə danışıqların Türkiyədə keçirilməsinə üstünlük verərdi – XİN başçısı

Dünya xəbərləri Materials 7 Noyabr 2010 14:45 (UTC +04:00)

İran "5+1" qrupu ilə (BMT TŞ-nin daimi üzvləri və Almaniya) danışıqların Türkiyədə keçirilməsinə üstünlük verərdi. Bu barədə İran XİN başçısı Mənuçöhr Müttəki bu gün Sinqapurda keçirilən mətbuat konfransında bəyan edib. Xəbəri FARS informasiya agentliyi yayıb.

Bir müddət əvvəl Müttaki bildirib ki, İranın nüvə proqramı ilə bağlı "altılıq" ölkələri ilə danışıqlar noyabrın 10 və ya 15-də Avstriya (Vyana şəhəri), Türkiyə (İstanbul), yaxud İsveçrədə bərpa oluna bilər.

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton oktyabrda İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təklif edib. Buna cavab olaraq, Müttəki Aİ-ni danışıqların müddətini konkretləşdirməyə çağırıb. Aİ nümayəndələri oktyabrın 16-da danışıqların noyabrın 15-16-da aparmağı təklif ediblər.

"5+1" və ya "altılıq" adlandırılan qrup 2003-cü ildən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə İranda nüvə silahının yayılmaması rejiminə təhlükə törədə biləcək uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasına nail olmağa çalışır.

Xəbər lenti

Xəbər lenti