...

Müttəki nigeriyalı həmkarı ilə danışıqlar aparıb

Dünya xəbərləri Materials 12 Noyabr 2010 14:06 (UTC +04:00)
İran XİN rəhbəri Mənuçöhr Müttaki cümə günü Nigeriyada həmkarı Odeyn Acumoqobia ilə danışıqlar aparıb. Bu barədə Nigeriya XİN-nin mətbuat katibi Ozo Nvobu məlumat verib. O, danışıqların təfərrüatlarını açıqlamayıb. Xəbəri ILNA yayıb.
Müttəki nigeriyalı həmkarı ilə danışıqlar aparıb

İran XİN rəhbəri Mənuçöhr Müttaki cümə günü Nigeriyada həmkarı Odeyn Acumoqobia ilə danışıqlar aparıb. Bu barədə Nigeriya XİN-nin mətbuat katibi Ozo Nvobu məlumat verib. O, danışıqların təfərrüatlarını açıqlamayıb. Xəbəri ILNA yayıb.

"Müzakirə olunan əsas məsələlər ölkələr arsındakı ikitərəfli münasibətlər olub", - Nvobu bildirib.

Onun sözlərinə görə, Acumoqobia bu gün jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirməyi planlaşdırır.

Acumoqobia bildirib ki, Müttəki İran hökumətinin silah qaçaqmalçılığı ilə bağlı işin araşdırılmasında  dəstək göstərəcəyini vəd edib.

"Mənim Müttaki ilə məhsuldar görüşüm oldu. Görüş zamanı o, öz hökumətinin silah satışı ilə bağlı işin araşdırılmasında dəstək göstərəcəyini vəd etdi", - o, telefonla verdiyi müsahibədə bildirib.

Oktyabrın sonlarında Nigeriyada İrandan qaçaqmalçılıq yolu ilə gətirilən yük ələ keçirilib və silahların Fələstinin HƏMAS qruplaşması üçün nəzərdə tutulduğu güman edilir.

İrandan qaçaqmal yükü Nigeriya limanında ələ keçirilib. Nigeriya KİV-in məlumatına görə, İrandan gələn gəmi bir neçə saatlığa Laqosa limanına daxil olub, 13 konteyner yükləyib və tezliklə sahildən aralanıb. Təqdim olunan sənədlərdə konteynerlərdə inşaat materiallarının olduğu göstərilib. Qaçaqmalçılığın mümkünlüyü barədə ilkin məlumat alan Nigeriyanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları konteynerləri açaraq orad silah və partlayıcı maddələr aşkar ediblər.

Xəbər lenti

Xəbər lenti