...

Rusiya və Türkiyə DİN nazirliklərarası qarşılıqlı fəaliyyətin fəallaşdırılması məsələsini müzakirə ediblər

Dünya xəbərləri Materials 11 Fevral 2011 13:22 (UTC +04:00)
Rusiya və Türkiyənin daxili işlər nazirləri Rəşid Nurqaliyev və Bəşir Atalay cümə axşamı Moskvada ekstermizimlə mübarizədə nazirliklərarası qarşılıqlı əlaqələrin fəallaşdırılması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin koordinasiyası üzrə birgə işçi qrupun fəaliyyəti, kadrların hazırlığı və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq, eləcə də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya DİN-in məlumatında deyilir.
Rusiya və Türkiyə DİN nazirliklərarası qarşılıqlı fəaliyyətin fəallaşdırılması məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir А.Axundov/

Rusiya və Türkiyənin daxili işlər nazirləri Rəşid NurqaliyevBəşir Atalay cümə axşamı Moskvada ekstermizimlə mübarizədə nazirliklərarası qarşılıqlı əlaqələrin fəallaşdırılması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin koordinasiyası üzrə birgə işçi qrupun fəaliyyəti, kadrların hazırlığı və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq, eləcə də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya DİN-in məlumatında deyilir.

Bu yaxınlarda Moskvanın "Domodedovo" hava limanında baş verən hadisələrlə əlaqədar görüşdə ekstremizm və terrorçuluqla mübarizədə gələcəkdə bütün dünya ictimaiyyyətinin səylərinin birləşdirilməsinin vacibliyi qeyd olunub. Türkiyə DİN-in rəhbəri terror aktının qurbanları ilə bağlı başsağlığı verib və gələcəkdə də bu sahədə Rusiyanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Məlumata əsasən, tərəflər nazirliklərarası işçi qrupun transmilli cinayətkarlıqla mübarizədə iki nazirlik arasında əməkdşalığın əsas praktik mexanizmi olması barədə razılığa gəliblər.

"İşçi qrupun fəaliyyəti yalnız operativ qarşılıqlı fəaliyyətin perspektivləri, vəziyyətinin ümumiləşdirilməsi və proqnozlaşdırılmasından deyil, eləcə də konkret cinayət işlərinin araşdırılması, cinayət qrupları, onların liderləri, maliyyə mənbələri tərəfindən təşkil olunan üzvlər haqqında informasiya mübadiləsi üzrə birgə operativ-axtarış tədbirlərinin keçirilməsindən ibarət olmalıdır", - məlumatda deyilir.

Atalay 2010-cu il noyabrın 26-da Türkiyə polisinin apardığı əməliyyat barədə xəbər verib və bildirib ki, bu əməliyyat zamanı Rusiya, həmçinin Ukrayna və Azərbaycanda istifadə olunan saxta alkoqol və tütün aksiz markalarının hazırlanmasında şübhəli bilinən səkkiz nəfər saxlanılıb.

Nurqaliyev Rusiya Federasiyası ərazisində qanunazidd fəaliyyətdə və Türkiyə hüdudlarından kənarda onların əlaqələrinin qurulmasında iştirakı olan təşkilatçılarla bağlı yoxlama aparılmasında yardım göstərməyə hazır olduğunu bildirib.

Bundan əlavə, görüşün yekunlarına görə, dövlət təhsil müəssisələrinin xətti ilə qarşılıqlı fəaliyyətin fəallaşdırılması və qarşılıqlı tələbə mübadiləsi məsələsinin müzakirəsi haqqında razılıq əldə olunub.

RF DİN rəhbəri qeyd edib ki, bu gün iki ölkənin daxili işlər nazirliklərinin təhsil müəssisələri arasında daha sıx əməkdaşlıq yaranması üçün hər bir şərait var.

Türkiyə nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində fevralın 11-nə Bəşir Atalayın Rusiya DİN-in Ümumrusiya İxtisasartırma İnstitutunin fəaliyyəti ilə tanış olmaq üçün instituta baş çəkməsi planlaşdırılıb.

Türkiyə DİN-in rəhbərinin Rusiyaya səfəri bu gün başa çatır.

Xəbər lenti

Xəbər lenti