...

Rusiyanın Ermənistandakı hərbi bazası respublikanın xarici təhlükəsizliyini təmin edəcək – Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 15 Fevral 2011 14:45 (UTC +04:00)
Rusiyanın Ermənistandakı hərbi bazası ölkənin silahlı qüvvələri ilə birlikdə respublikanın xarici təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olacaq. Bu barədə çərşənbə axşamı Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan Konstitusiya Məhkəməsində bəyan edib. Trend-in məlumatına görə, xəbəri "RİA Novosti" yazır.
Rusiyanın Ermənistandakı hərbi bazası respublikanın xarici təhlükəsizliyini təmin edəcək – Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Rusiyanın Ermənistandakı hərbi bazası ölkənin silahlı qüvvələri ilə birlikdə respublikanın xarici təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olacaq. Bu barədə çərşənbə axşamı Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan Konstitusiya Məhkəməsində bəyan edib. Trend-in məlumatına görə, xəbəri "RİA Novosti" yazır.

Ermənistanın Konstitusiya Məhkəməsi çərşənbə axşamı respublikada Rusiya hərbi bazasının olması müddətinin uzadılması barədə protokolun ölkənin əsas qanununa uyğunluğu məsələsini, eləcə də Rusiya-Ermənistan ticarət nümayəndəliklərinin təsis edilməsi və readmissiya haqqında sazişi müzakirə edib.

"Əvvəllər sazişdə keçmiş "SSRİ-nin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi" termini göstərilib, hazırda isə söhbət bütün Ermənistan ərazisinin təhlükəsizliyinin təmin edilməsindən gedir. Hərbi aspektdə bu terminə Ermənistan Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən ərazi və sərhədlərin toxunulmazlığı daxildir. Söhbət sərhədlərin toxunulmazlığı ilə bağlı olan bütün Ermənistan ərazisinin təhlükəsizliyindən gedir. Bunun əsasında xarici təhlükəsizlik deyimini başa düşmək lazımdır", - Nazaryan qeyd edib.

Nazir müavinin xatırlatdığı kimi, sazişdə göstərilib ki, bu funksiyalar Rusiyanın maraqları və Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilir. Nazaryan qeyd edib ki, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də əməkdaşlıq edirlər.

"Bu aspektdə maraqlar üs-üstə düşməyə bilməz, çünki 1992-ci il Müqaviləsində göstərilib ki, təşkilat üzvlərindən hər hansı biri üçün təcavüz, hücum və ya təhlükə yaransa, bu, təşkilatın digər iştirakçıları üçün təhlükə kimi hesab edilir", - o, bəyan edib.

Nazaryanın sözlərinə görə, Rusiya hərbi bazasının mövcudluğu haqqında Ermənistan-Rusiya sazişində qeyd edilib ki, tərəflər beş ildə bir dəfə qarşılıqlı rasılaşma əsasında sənədin qüvvədə olma müddətini uzadırlar. Tərəflərdən biri sənədin müddətini uzatmaq istəməsə, nazir müavinin qeyd etdiyinə görə, o, beş ilin başa çatmasına azı yarım il qalmış bu barədə məlumat verməlidir.

Rusiya və Ermənistan 2010-cu il avqustun 20-də Prezident Dmitri Medvedevin Yerevana səfəri zamanı sənədin müddətinin uzadılmasına aid olan Rusiyanın Gümrüdəki hərbi bazasının mövcudluğuna dair 1995-ci il tarixli ikitərəfli müqaviləyə dəyişikiliklərin edilməsi haqqında protokol imzalayıblar. Rusiya hərbi bazasının mövcudluğunun vaxtı 49 il müddətinə uzadılıb (1997-ci ildə ratifikasiya edilmə anından etibarən 2046-cı ilədək).

Xəbər lenti

Xəbər lenti