...

İran güllə keçirməyən şüşə istehsal edir

Dünya xəbərləri Materials 16 Mart 2011 16:52 (UTC +04:00)
İranın Save şəhərində yerləşən "Kave" sənaye zavodu güllə keçirməyən şüşə istehsal edir.
İran güllə keçirməyən şüşə istehsal edir

İranın Save şəhərində yerləşən "Kave" sənaye zavodu güllə keçirməyən şüşə istehsal edir. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.

Məlumata əsasən, şüşənin qalınlığı 25 millimetrdir. Güllə keçirməyən şüşənin qalınlığının artırılması imkanı da var. Güllə keçirməyən şüşənin istehsalı zamanı bir qat şüşə və bir qat xüsusi maddədən istifadə olunub. Şüşə 9 metr məsafədən kalaşnikov və tapançadan açılan atəş qarşısında dözümlüdür. Məlumata əsasən, bu növ şüşənin istehsal xəttinin yaradılması üçün 1 milyon dollar sərmayə yatırılıb.

"Kave" zavodunda 8 millimetrdən 60 millimetr qalınlığa qədər şüşələr istehsal olunur.

Xəbər lenti

Xəbər lenti