...

Müəmmər Qəddafinin oğlu hospitalda vəfat edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Mart 2011 14:29 (UTC +04:00)
Liviya lideri Müəmmər Qəddafinin oğlu aldığı yaralardan hospitalda vəfat edib.
Müəmmər Qəddafinin oğlu hospitalda vəfat edib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:08-də dərc edilib)

Liviya lideri Müəmmər Qəddafinin oğlu aldığı yaralardan hospitalda vəfat edib. Trend-in məlumatına görə, bu barədə "dpa" informasiya agentliyi müxalifət saytları və ərəb KİV-ə istinadən xəbər verib.

Bundan əvvəl məlumat verilmişdi ki, Xəmis Qəddafi martın 19-da Qəddafinin və onun bir sıra qohumlarının olduğu Bab-əl-Əziziyyə paytaxt iqamətgahına məqsədyönlü hava hücumları zamanı yaralanıb.

"Xəmis Qəddafi hücüm zamanı aldığı güllə yarasından həlak olub", - "Arabian Business" xəbərlər lenti məlumat verib.

Xəbər lenti

Xəbər lenti