İranın Kürdistan əyalətinin Sənəndəc şəhərində silahlı terror qrupu yol polisinə hücum edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, hadisə ötən gecə yerli vaxtla saat 22:30-da baş verib. Silahlı şəxslər polis avtomobilinə atəş açıblar. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.
Martın 24-də də İranın Kürdistan əyalətində terror qrupu polisə hücum etmişdi. Bu hadisədən bir saat sonra digər bir terror aktında da polisə hücum olunmuşdu. Nəticədə iki polis həlak olmuşdu, ikisi isə yaralanmışdı. Terror aktının kim tərəfindən həyata keçirildiyi hələ də məlum deyil. MEHR agentliyinin məlumatına görə, terrorçular odlu silahdan istifadə ediblər.