...

Kürdistan əyalətində terror aktı törədən terrorçulardan 2-si öldürülüb

Dünya xəbərləri Materials 4 Aprel 2011 14:13 (UTC +04:00)

Martın 24-də Sənəndəc şəhərində terror aktlarını həyata keçirən terrorçulardan ikisi öldürülüb. Bu sözləri İranın Quru Qoşunları Komandanı, general Məhəmməd Pakpur deyib. Bu barədə Trend İranın İnqilab Keşikçiləri Korpusunun ("Sepah") rəsmi saytı sepahnews.com-a istinadən məlumat verir.

Pakpur deyib ki, həmin terror aktından sonra "Sepah"ın Həmzə Seyyiduş-Şühəda qərargahının quru qoşunları əməliyyat-axtarış tədbirləri həyata keçirməklə hadisəni törədən iki nəfərin gizləndiyi yeri müəyyənəşdirib, əməliyyat həyata keçirərək həmin iki nəfəri öldürüb.

Son bir neçə həftə ərzidə İranın Kürdistan əyalətində bir neçə terror aktı baş verib. Aprelin 2-də Mərivan şəhərində sərhəd komandalığına hücum edilib. Hadisə zamanı 4 nəfər həlak olub və 5 nəfər yaralanıb. Bundan öncə Sənəndəc şəhərində silahlı terror qrupu yol polisinə hücum etmişdi, nəticədə bir nəfə yol polisi yaralanmışdı. Eləcə də martın 24-də İranın Kürdistan əyalətinin Sənəndəc şəhərində terror qrupu polisə hücum etmişdi. Bu hadisədən bir saat sonra digər bir terror aktında da polisə hücum olunmuşdu. Nəticədə iki polis həlak olmuşdu, üçü isə yaralanmışdı.

Aprelin 4-də PKK terror qruplaşmasının İran cinahı olan "Pejak" İranın Kürdistan əyalətinin Mərivan şəhərində aprelin 2-də baş vermiş teror aktının məsuliyyətini öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti