Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Cəfərov/
İranda seçki hüququna malik əhalinin 65 faizi parlament seçkilərində iştirak edib. İlkin hesablamlara görə, bu rəqəm paytaxtda 52 faiz təşkil edib. Bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib. Trend-in məlumatına görə, xəbəri MEHR agentliyi yayıb.
İndiyədək 26 470 760 bülleten hesablanıb.
Nəccar deyib ki, ölkə üzrə 207 seçki dairəsindən 145-də işlər tamamlanıb. Bu dairələrdən 135 nəfər artıq parlamentə seçilib, 10 dairədə isə seçkilər ikinci tura qalıb.
Hazırkı deputatlardan seçkilərdə namizədliyini irəli sürənlərdən 36 nəfəri yenidən parlamentə seçilib. Son hesablamalara görə, indiki çağırış deputatlardan 69 nəfər isə seçkilərdə qalib gələ bilməyib.