...

İsveçrə prokurorluğu türk nazirin cinayət təqibindən imtina edib

Dünya xəbərləri Materials 3 Aprel 2012 10:25 (UTC +04:00)
İsveçrə prokurorluğu Türkiyənin Avropa İttifaqı ilə əlaqələr üzrə naziri Egemen Baxışa qarşı cinayət işinin qaldırılmamasını qərara alıb.
İsveçrə prokurorluğu türk nazirin cinayət təqibindən imtina edib

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir A.Tağıyeva /

İsveçrə prokurorluğu Türkiyənin Avropa İttifaqı ilə əlaqələr üzrə naziri Egemen Baxışa qarşı cinayət işinin qaldırılmamasını qərara alıb.

Xatırladaq ki, Egemen Baxış Sürixdə jurnalistlərə "erməni soyqırımı"nı inkar etdiyini bəyan etmişdi. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Bu qərar İsveçrə prokurorluğu tərəfindən nazir Baxışın Osmanlı imperiyasında erməni soyqırımının olmadığını bəyan etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair təşəbbüsünə Türkiyə XİN-in etirazından sonra qəbul edilib.

Xəbər lenti

Xəbər lenti