...

İran və Rusiya Xəzərin problemlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 30 Noyabr 2012 10:02 (UTC +04:00)
Noyabrın 29-da Rusiya XİN-də Xəzərin problemləri üzrə Rusiya və İran məsləhətləşmələri keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin saytı məlumat verib.
İran və Rusiya Xəzərin problemlərini müzakirə ediblər

Azərbaycan, Bakı 30 noyabr / Trend, müxbir E.Tariverdiyeva/

Noyabrın 29-da Rusiya XİN-də Xəzərin problemləri üzrə Rusiya və İran məsləhətləşmələri keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin saytı məlumat verib.

Rusiya nümayəndə heyətinə RF Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Mehdi Axundzadə başçılıq edib.

Saytın məlumatına görə, əsas diqqət Xəzər regionunda iki ölkənin qarşılıqlı fəaliyyətinin aktual məsələlərinə, 2010-cu ilin noyabrında Bakıda keçirilmiş III Xəzər sammitinin qərarlarının reallaşdırılmasına, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsinin razılaşdırılmasına ayırılıb.

Baş tutan fikir mübadiləsi Xəzər gündəliyi üzrə Rusiyanın və İranın mövqelərinin yaxınlığını, onların Xəzərdə hərtərəfli əməkdaşlığın inkişafına və Xəzər dənizinin hüquqi statusu haqqında beştərəfli danışıqlarda sonrakı irəliləməyə nail olmaq cəhdini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti