...

Gürcüstan Azərbaycan və Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirmək imkanlarını öyrənir

Dünya xəbərləri Materials 2 Aprel 2013 13:55 (UTC +04:00)
Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır.
Gürcüstan Azərbaycan və Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirmək imkanlarını öyrənir

Gürcüstan, Tbilisi, 2 aprel /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.

"Belə üçtərəfli münasibətlər artıq mövcuddur və biz onu yeni hərbi təlimlər təşkil etmək hesabına genişləndirmək niyyətindəyik", - o, bildirib.
Gürcüstanın mMüdafiə naziri vurğulayıb ki, bu formatda artıq üçtərəfli komanda-qərargah təlimləri keçirilib və indi söhbət batalyonlar səviyyəsində keçiriləcək təlimlərdən gedir.

"Hələ danışıqlar aparılır, hələlik təlimlərin planlaşdırılması prosesi başlamayıb, ancaq bu baxımdan yaxşı perspektivlər var",- Alasaniya qeyd edib.

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə hərbiçiləri "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin təhlükəsizliyini təmin etmək üçün komanda-qərargah təlimləri keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti