...

İvanişvili hesab edib ki, Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətləri başqa cür olacaq

Dünya xəbərləri Materials 30 May 2013 03:13 (UTC +04:00)
Gürcüstanın baş naziri Bidzina İvanişvili "Praym taym"a öz müsahibəsində bildirib ki, o, ümid edib ki Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətləri başqa cür olacaq.
İvanişvili hesab edib ki, Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətləri başqa cür olacaq

Gürcüstan, Tbilisi, 30 may /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstanın baş naziri Bidzina İvanişvili "Praym taym"a öz müsahibəsində bildirib ki, o, ümid edib ki Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətləri başqa cür olacaq.

O, Gürcüstanın separatçı regionlarının sərhədində Rusiya sərhədçilərinin demarkasiya işlərini belə şərh edib.

İvanişvilinin sözlərinə görə, onun üçün Rusiya tərəfinin belə hərəkətləri gözlənilməz olub.

"Baş verənlər çox xoşagəlməz və anlaşılmazdır, mən düşünürdüm ki, Gürcüstanın yeni hökumətinin və Rusiya arasında münasibətlər başqa olacaq. Biz münasibətlərin normallaşması üçün təşəbbüs edirdik. Mənim üçün bu gözlənilməzlikdir və biz maksimal çalışırıq aydınlaşdıraq, bu nazirlərin, hərbi komandanlığın və ya hakimiyyətin səviyyəsində həll edilirmi, - baş nazir deyib.

İvanişvili nəticə çıxartmağa hazırlaşmır, bu yeni hakimiyyətin ritorikasının nəticəsidir.

"Bizdə diplomatik, normal, sağlam ritorikadır və biz onu gizlətmirik, belə də davam edəcəyik. Biz bütün məsələləri diplomatiya ilə nizama salmağa çalışırıq. Təbii ki, biz başladığımız vəziyyət, çox mürəkkəb idi və bu gün də mürəkkəb olaraq qalır. Sadəcə onu belə asanlıqla nizama salmaq olmur və bizim də bu barədə heç vaxt xəyallarımız yox idi", - baş nazir bildirib.

İvanişvili qeyd edib ki, hesab edir prosesin nizama salınması uzun və mürəkkəb olacaq.

"Mən heç vaxt deməmişəm ki, biz gələcəyik və bu problem tez həll ediləcək", - İvanişvili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti