...

Gürcüstanın müdafiə naziri azərbaycanlı hərbçiləri Ramazan bayramı münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 6 Avqust 2013 13:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 6 avqust/Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Marneuli hərbi aerodromunda ölkənin Silahlı Qüvvələrində (SQ) xidmət edən yerli azərbaycanlıları Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə təbrik edib. Trend-in Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Alasaniya qeyd edib ki, Gürcüstan azərbaycanlıları öz vətənlərinə şərəflə xidmət edirlər.

Alasaniya hərbçilərə müraciət edərək deyib: "Ordumuzun gücü ondadır ki, onun bütün vətəndaşları orduda özünə eyni münasibət görür və eyni şəraitlə üzləşir. Biz azərbaycanlıların bərabərlər arasında özlərini bərabər hiss etmələri üçün hər şeyi edəcəyik. Çünki vətənimiz bütün vətəndaşların xidmətinə ehtiyacı var və onlar arasında azərbaycanlılar xüsusi rol oynayır. Ölkəmiz bir çox millətlərin bir yerdə yaşamasının nümunəsidir və Gürcüstan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Qərargahı vətəndə xidmət üçün hər cür şərait yaradır, biz ölkəmizə sevgi naminə birlikdə güclüyük". Nazir Alasaniya və SQ-nin Birləşmiş Qərargahının rəisi Giorgi Dzneladze də hərbçilər və axund Vəli Qasımovla birlikdə iftar yeməyində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti