Gürcüstan, Tbilisi, 22 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/
Prezident seçkilərində böyük ehtimalla ikinci yerə prezidentin "Vahid milli hərəkat" partityasının namizədi David Bakradze çıxacaq. Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri Bidzina İvanişvili "İmedi" telekanalının efirində deyib.
Onun sözlərinə görə, bunu keçirilmiş bütün sosial sorğular və təhlillər də təsdiq edir: "Bütün təhlillər göstərir ki, Bakradze ikinci olacaq".
Bundan başqa, Baş nazir bəyan edib ki, təmsil etdiyi koalisiyadan namizəd olan Georgi Marqvelaşvili I turda 60 faizdən az səs toplasa, məyus olacaq: "Əgər o, 51 faiz səs toplasa, bu məni məyus edəcək, çünki il ərzində fəaliyyətimiz daha yüksək qiymətə layiqdir".
Qeyd edək ki, Gürcüstanda Prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.