...

Suriya müxalifətinin koalisiyası "Cenevrə-2" konfransında iştirak etməyə razıdır

Dünya xəbərləri Materials 11 Noyabr 2013 07:14 (UTC +04:00)
Suriya inqilabi və müxalifət qüvvələrinin milli koalisiyası (SİMQMK) Suriya üzrə "Cenevrə-2" sülh konfransında iştirak etməyə razılıq verib.
Suriya müxalifətinin koalisiyası "Cenevrə-2" konfransında iştirak etməyə razıdır

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Suriya inqilabi və müxalifət qüvvələrinin milli koalisiyası (SİMQMK) Suriya üzrə "Cenevrə-2" sülh konfransında iştirak etməyə razılıq verib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsinə keçən gecə İstanbulda koalisiya iştirakçılarının görüşünün yekunları üzrə qərar qəbul edilib.

Bundan öncə SİMQMK-in lideri Əhməd Carba bəyan edib ki, İran nümayəndə heyəti tədbirdə iştirak etsə, həmçinin Suriya prezidenti Bəşər Əsəd "rejiminin getməsi üçün müvəqqəti çərçivələr müəyyən olunmasa" Suriya müxalifəti konfransda iştirak etmək niyyətində deyil.

Həmçinin "Cenevrə-2"də müxalifətin iştirak etmək şərtlərı kimi müxalifətin döyüş qanadının nümayəndələrinin konfransda iştirak etməsi, eləcə də Rusiyanın Suriya məsələsində mövqeləri haqqında yazılı bəyanatları olması deyilib.

SİMQMK-in İstanbulda şənbə günü açılan görüşünün əsas məqsədi "Cenevrə-2" konfransında xarici Suriya müxalifətinin iştirakı barədə qərar qəbul edilməsi olub.

Xəbər lenti

Xəbər lenti