...

Ağ ev: Cenevrədəki danışıqlar İranın dinc nüvə proqramına qarşı atılan bir addımdır

Dünya xəbərləri Materials 14 Noyabr 2013 00:19 (UTC +04:00)
ABŞ və Fransa prezidentləri Barak Obama və Fransua Olland telefon danışığı zamanı bildiriblər ki, Cenevrədəki danışıqlar İranın nüvə proqramının dinc xarakterini təmin etməyə imkan verəcək.
Ağ ev: Cenevrədəki danışıqlar İranın dinc nüvə proqramına qarşı atılan bir addımdır

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

ABŞ və Fransa prezidentləri Barak Obama və Fransua Olland telefon danışığı zamanı bildiriblər ki, Cenevrədəki danışıqlar İranın nüvə proqramının dinc xarakterini təmin etməyə imkan verəcək. Trend RİA Novosti agentliyinə istinadən məlumat verir ki, bu barədə Ağ ev çərşənbə günü xəbər verib.

Ağ evin xəbərində deyilir: "Onlar İranın nüvə proqramının sülh xarakteri daşıması barədə beynəlxalq cəmiyyəti inandırmaq istəyirlər və "altılığ"ın təkliflərini məntiqli irəli addım hesab edirlər".

Həmçinin qeyd olunur ki, ABŞ və Fransa prezidentləri İranla danışıqlarda "altılığ"ın təklifi ilə və ümumi yanaşma ilə tam razıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti