...

Yanukoviç Kliçkoya humanitar məsələlər üzrə baş nazirin müavini vəzifəsini təklif edib

Dünya xəbərləri Materials 25 Yanvar 2014 23:14 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviç "ZƏRBƏ" partiyasının lideri Vitali Kliçkoya humanitar məsələlər üzrə baş nazirin müavini vəzifəsini təklif edib.
Yanukoviç Kliçkoya humanitar məsələlər üzrə baş nazirin müavini vəzifəsini təklif edib

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Ukrayna Prezidenti Viktor Yanukoviç "ZƏRBƏ" partiyasının lideri Vitali Kliçkoya humanitar məsələlər üzrə baş nazirin müavini vəzifəsini təklif edib.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ukraynanın ədliyyə naziri Yelena Lukaş bildirib.

"Humanitar məsələlər üzrə Baş nazirin müavini vəzifəsi Vitali Kliçkoya Ukrayna prezidenti tərəfindən təklif olunub. Ukrayna Prezidenti əmindir ki, müxalifətlə birgə iş dövlətə birləşməkdə və cəmiyyət üçün zəruri islahatlar aparmaqda kömək edəcək ", - prezidentin saytı onun sözlərindən sitat gətirir.

Xəbər lenti

Xəbər lenti