...

Maradona Argentina çempionatının V divizionunda oynayacaq

Dünya xəbərləri Materials 21 Fevral 2014 14:49 (UTC +04:00)
Məşhur futbolçu Dieqo Maradona 53 yaşında Argentina çempionatının V divizionunda çıxış edən "Deportivo Riestra" komandasında oynayacaq.
Maradona Argentina çempionatının V divizionunda oynayacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Məşhur futbolçu Dieqo Maradona 53 yaşında Argentina çempionatının V divizionunda çıxış edən "Deportivo Riestra" komandasında oynayacaq.

Trend-in cümə gün İTAR-TASS-a istinadən verdiyi məlumata görə, adıçəkilən klubun sahibi Maradonanın dostu və agenti Viktor Stinfaledir.

Maradona klubda ilk oyununa martın 23-də çıxacaq.

Qeyd edək ki, Maradona 1997-ci ildə futbolçu karyerasına yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti