...

Səudiyyə Ərəbistanının səhiyyə naziri istefaya göndərilib

Dünya xəbərləri Materials 22 Aprel 2014 00:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Səudiyyə Ərəbistanının səhiyyə naziri Abdullah ər-Rübayya tutduğu vəzifədən azad edilib. Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə agentliyi məlumat verib.

Onun yerinə əmək naziri Adel Fakeyhu təyin ediləcək.

Ekspertlər qeyd edirlər ki, bu istefanın mümkün səbəb odur ki, ər-Rübayyanın rəhbərlik etdiyi nazirlik ölkədə koronavirusun yayılmasının qarşısını ala bilməyib. Yalnız aprelin 20-də daha 13 yoluxma faktı təsdiqlənib.

2012-ci ilin sentyabrından - Səudiyyə Ərəbistanında virusun ilk dəfə aşkar olunmasından bəri bütün dünya üzrə 200-dən çox yoluxma faktı qeydə alınıb, onlardan 86-sı ölümlə nəticələnib.

Virusa əsasən xroniki xəstəliklərdən əziyyət çəkənlər, zəif immuniteti olan insanlar yoluxur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti