...

Rusiyada Silahlı Qüvvələrin yeni növü yaradılır

Dünya xəbərləri Materials 8 May 2014 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Rusiyada yaxın vaxtlarda Silahlı Qüvvələrin yeni növü yaradılacaq.

Trend-in cümə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yeni növə Hərbi Hava Qüvvələri və Kosmik Hava Müdafiəsi Qoşunları daxil olacaq.

Bu barədə qərar ən yüksək səviyyədə qəbul edilib. Hazırda yeni qoşun növlərinin yaradılması üzrə fəal iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti