...

ABŞ İraqı tezliklə hökumətin formalaşdırılmasına çağırır

Dünya xəbərləri Materials 1 İyul 2014 23:50 (UTC +04:00)
ABŞ İraqı tezliklə hökumətin formalaşdırılmasına çağırır.
ABŞ İraqı tezliklə hökumətin formalaşdırılmasına çağırır

Azərbaycan, Bakı, 1 iyul /Trend/

ABŞ İraqı tezliklə hökumətin formalaşdırılmasına çağırır. Trend RİA Novosti agentliyinə istinadən bu barədə dövlət departamentinin nümayəndəsi Mari Harf çərşənbə axşamı bildirib.

"Vacibdir ki, parlament bu gün istədiyi kimi toplaşsın, amma biz tezliklə hökumətin formalaşdırılmasını görmək istəyirik", - Harf deyib.

O, İraq siyasətçilərinə çağırış edib ki, "vəziyyət tələb edir ki, təcili hərəkət edilsin".

"Zaman İraq tərəfində deyil", - Harf yekunlaşdırıb.

İraq parlamentinin yeni seçilmiş deputatları çərşənbə axşamı yetərsay olmadığından spikeri seçə bilməyiblər. Gözlənilir ki, yeni iclas bir həftə sonra iyulun 8-də baş tutacaq.

Aprelin sonunda İraqda parlament seçkiləri keçirilib və baş nazir Nuri əl-Malikinin koalisiyası qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti