Azərbaycan, Bakı, 8 avqust /Trend/
Türkiyə hərbi təyyarələri İraqın hava məkanına daxil olmayıblar, bu cür bəyanatlar həqiqətə uyğun deyil. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyə Baş Qərargahının rəsmi məlumatında cümə axşamı deyilib.
Əvvəllər Türkiyənin bir sıra KİV-ləri məlumat yayıblar ki, F-16 türk qırıcıları və pilotsuz uçan təyyarələr İraqda İŞİD yaraqlılarının hərəkətlərini izləyirlər.