...

İrakli İraklini sabotajda günahlandırdı

Dünya xəbərləri Materials 5 Noyabr 2014 19:28 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş müdafiə naziri İrakli Alasaniyanın Azad Demokratlar Partiyasını sabotajda günahlandırıb.
İrakli İraklini sabotajda günahlandırdı

Gürcüstan, Tbilisi, 5 noyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş müdafiə naziri İrakli Alasaniyanın Azad Demokratlar Partiyasını sabotajda günahlandırıb.

Trend-in məlumatına görə, İ.Qaribaşvili təcili keçirdiyi brifinqdə bildirib ki, hökumət üzvlərinin vəzifələrindən nümayişkaranə şəkildə getməsi dövlətin mövcudluğunu təhlükə altına salır və sabotaja bənzəyir.

Onun sözlərinə görə, Bizim Gürcüstan - Azad Demokratlar Partiyasının üzvləri düşünülməmiş bəyanatları ilə Gürcüstanın təhlükəsizliyinə və ölkənin Avropa seçiminə təhlükə törədirlər: "Hökumət Avropa inkişaf younu davam etdirir və bu kurs sarsılmazdır".

Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İ.Qaribaşvili müdafiə naziri İ.Alasaniyanı vəzifəsindən uzaqlaşdırıb. Bunun ardından İrakli Alasaniyanın komandasının üzvləri olan xarici işlər naziri Mayya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə istefaya getmək qərarını açıqlayıblar.

Bu gün isə Azad Demokratlar Partiyası hakim "Gürcüstan arzusu" koalisiyasını tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti