...

"Alasaniya Gürcüstan hökuməti üçün təhlükə idi"

Dünya xəbərləri Materials 6 Noyabr 2014 15:02 (UTC +04:00)
Sabiq nazir İrakli Alasaniya Gürcüstanın NATO-ya inteqrasiyasına sadiq qaldığına görə ölkə hökuməti onu təhlükə kimi görür.
"Alasaniya Gürcüstan hökuməti üçün təhlükə idi"

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbirlər Klod Salhani, Elmira Tariverdiyeva/

Sabiq nazir İrakli Alasaniya Gürcüstanın NATO-ya inteqrasiyasına sadiq qaldığına görə ölkə hökuməti onu təhlükə kimi görür. Bunu cümə axşamı Trend-ə adının açıqlanmasını istəməyən Gürcüstandakı Qafqaz üzrə xarici ekspert deyib.

Onun sözlərinə görə, Gürcüstanın rəsmi hökuməti bəyan edir ki, Alasaniyanın istefası korrupsiya ilə bağlı məsələdir: "Bu, şübhəlidir. Hökumət "Gürcüstan arzusu" koalisiyasında keçmiş ən populyar nazir olan Alasaniyaya ölkənin NATO-ya daxil olmasına sadiq qaldığına görə təhlükə kimi baxır".

Ekspert əlavə edib ki, Alasaniyanın Qərbə simpatiyası var: "Eks-nazirin növbəti seçkilərdə namizədliyini irəli sürməsini planlaşdırması barədə məlumat var. Gürcülər yorulublar. Onlar sabitlik arzusundadırlar və və yeni inqilab istəmirlər. Lakin biznes ictimaiyyəti irəliyə addımlamaq istəyir. O, ölkədəki iqtisadi vəziyyətdən məmnun deyil".

Xatırladaq ki, ötən gün Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze istefa verdi. Bundan əvvəl Baş nazir İrakli Qaribaşvili "Gürcü arzusu" blokunun siyasi şurasının iclası başa çatdıqdan sonra müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərdiyini bəyan etmişdi. Alasaniyanın ardınca, onun həmkarı və dostu, Avropa və Avroatlantik intreqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti