Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Rusiyada qanunsuz olaraq bir ildən çox qalan əcnəbi əmək miqrantlarının ölkəyə gəlişinə 10 il qadağa tətbiq edilə bilər. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib.
Bu gün RF XİN-də MDB ölkələrinin səfirləri ilə keçirilən görüşdə K.Romodanovski qeyd edib ki, FMX-nin məlumatına görə, 860 minə yaxın əcnəbi bir ildən artıqdır qanunsuz olaraq Rusiyadadır.
O deyib ki, ölkədə əmək miqrantlarının əmək fəaliyyəti üçün hər cür şərait yaradılıb. Qanunu pozanlar məsuliyyətə cəlb ediləcəklər: "Kim gizlənməsə, mən günahkar deyiləm".
Xidmətin rəhbəri bildirib ki, ötən ildən RF-də 6 milyon əcnəbi vətəndaş daktiloskopiyadan keçib, Rusiya hüquq-mühafizə orqanları tərəfindən 3 milyondan artıq daktokart verilib.