...

Gürcüstanın sabiq baş naziri ikiarvadlılıqda günahlandırılır

Dünya xəbərləri Materials 15 Dekabr 2014 13:22
Rusiya vətəndaşı İnqa Pavlova Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilini ikiarvadlılıqda və onun şəxsi məlumatlarından qanunsuz istifadə etməkdə günahlandırır
Gürcüstanın sabiq baş naziri ikiarvadlılıqda günahlandırılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Rusiya vətəndaşı İnqa Pavlova Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilini ikiarvadlılıqda və onun şəxsi məlumatlarından qanunsuz istifadə etməkdə günahlandırır. Bu barədə Trend "İnterfaks"a istinadən xəbər verir.

Bazar ertəsi Gürcüstan mətbuatının yaydığı videoda 1991-ci ildə Parisdə İvanişviliyə ərə getdiyini, 1994-cü ildə isə ondan ayrıldığını bildirən Pavlova iddia edir ki, yalnız bu yaxınlarda sabiq ərinin 1991-ci ildə Eke Xvedelidze ilə evlənmiş olduğundan xəbər tutub.

Qadın deyib: "Belə çıxır ki, 1991-ci ildə İvanişvili demək olar ki, eyni vaxtda iki qadınla evlənib".

O, İvanişvilidən şəxsi məlumatlarından istifadə etdiyinə görə maliyyə kompensasiyası tələb edir. Eləcə də, Pavlovanın iddiasına görə, İvanişvili və onun katibi Stanislav Polyakov Rusiyada 1994-cü ildən 2006-cı ilədək fəaliyyət göstərmiş "Faktorial" şirkətinin yaradılması üçün onun adından istifadə ediblər.

Bundan başqa, Vladimir İvanidze adlı müstəqil jurnalist tərəfindən ona verilən sənədlərə görə, guya Pavlova İvanişvilinin Rusiyadakı iki bankında çalışıb.

"Mən bu informasiyadan sarsıldım, çünki mən heç vaxt heç bir şirkət yaratmamışam və banklarda çalışmamışam", deyən Pavlova İvanişvilini məhkəməyə vermək istəyini bildirib.

Hələlik sabiq baş nazir və milyarder öz ünvanına səsləndirilən bu ittihamları şərh etməyib. Lakin gürcü ekspertlərin fikrincə, ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasının nümayəndələri bu məlumatdan mütləq istifadə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti