Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
Almaniya parlamentinin nümayəndə heyəti yanvarın 22-də Tehrana səfər edəcək. Bu barədə Trend İran parlamentinin rəsmi xəbər saytına istinadən məlumat verir.
Məlumata əsasən, Almaniya parlamentinin nümayəndə heyəti 4 günlük səfər zamanı Tehranda İran Parlamentinin spikeri Əli Laricani və digər rəsmilərlə görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafı və digər məsələləri müzakirə edəcəklər.